Antonio Kassano vaxtı ilə “Real”ın heyətində zəif oynadığını etiraf edib.
O, Madrid klubuna keçməsində böyük rol oynayan Fabio Kapellonun ümidlərini doğrultmadığını söyləyib: “İstənilən futbolçu “Real”da oynamaq üçün öz cibinin pulunu əsirgəməzdi. Mən belə bir xoşbəxtliyə nail olsam da, müəyyən səhvlərə yol verdim. Dünyanın ən görkəmli klublarından birində, ən görkəmli oyunçularla oynasam da, öz imkanlarımdan istifadə edə bilmədim. Kapello mənim üçün çox şey etdi, amma mən onun ümidlərini doğrultmadım”.
Xatırladaq ki, Kassano 2006-2007-ci illərdə kral klubunun heyətində keçirdiyi 19 oyunda yalnız 2 qol vurmuşdu.